Siyasət

Sosioloji Tədqiqatlar Mərkəzi: "Nəticələr göstərir ki, YAP qələbə qazanıb"

Sosioloji Tədqiqatlar Mərkəzi sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrini açıqlayır. Bizim.Media xəbər verir ki, Mərkəzin direktoru Natalya İsayeva bildirib ki, sorğular 75 dairədə, 150 məntəqədə keçirilib.  

O bildirib ki, 146 min 520 nəfər seçici "exit-poll"a cəlb edilib: "Nəticələr göstərir ki, YAP qələbə qazanıb". Bizim.Media