Kamçatkada Mi-8 helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işləri yekunlaşıb. Qəzada həlak olanların hamısının cəsədləri tapılaraq məhkəmə-tibb ekspertlərinə təhvil verilib. Bizim.Media xəbər verir ki, bu barədə məlumat regionun fövqəladə hallar idarəsi tərəfindən yayılıb. Xilasedicilərin hadisə yerini tərk etdiyi bildirilir. Sentyabrın 3-ü Kamçatkada matəm günü elan edilib. Artıq həlak olanların yaxınları yarımadaya gəlməyə başlayıb. Xatırladaq ki, “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri avqustun 31-də Kamçatkada radarlardan itmişdi. İlkin məlumata görə, qəza anında helikopterin göyərtəsində 22 nəfər olub. Qəzanın pis hava şəraitində pilot səhvi ucbatından baş verdiyi ehtimal edilir. Bizim.Media