Sentyabrın 1-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, bir sıra partiya sədrləri də qalib gələrək, Milli Məclisdə təmsil olunmaq hüququ əldə ediblər. Bizim.Media-nın araşdırmasına görə, 7 partiyanın sədri VII çağırış Milli Məclisin deputatı olmaq şansı qazanıblar. Həmin partiya sədrlərinin siyahısını təqdim edir:
Elşad Musayev 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev 57 faizlə birinci olub. Asim Mollazadə 22 saylı Nəsimi-Yasamal seçki dairəsi Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib gəlib. O, seçicilərin 58 faizinin səsini toplayıb. Fazil Mustafa
26 saylı Sabunçu birinci seçki dairəsindən isə Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 49,5 faizlə qələbə çalıb. Arzuxan Əlizadə 27 saylı Sabunçu ikinci seçki dairəsinin qalibi isə AMİP sədri Arzuxan Əlizadədir. O, səslərin 43,3 faizini toplayıb. Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı dairəsinin qalibi isə Ədalət və Hüquq Partiyasının sədri Qüdrət Həsənquliyevdir. O, 53,1 faiz səslə birinci olub. Razi Nurullayev
81 saylı İmişli seçki dairəsinin qalibi Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir. O, 48,4 faizlə dairənin lideri olub. Elşən Musayev 116 saylı Qəbələ seçki dairəsindən isə Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev 52,5 faiz səslə növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb. Rüfət Sultan, Bizim.Media