Siyasət

Prezident və birinci xanım Kəlbəcərə səfər edib (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar. Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti xəbər verib. Prezident və birinci xanım Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən "Azərenerji" ASC-nin 22,5 MVt gücündə olan "Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.   ***   İlham Əliyev və Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar. ***   Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. ***   Prezident və birinci xanım sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar. Dövlət başçısı Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.   ***   İlham Əliyev və Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar. ***   Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər. *** Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda "Azərenerji” ASC-nin 4,3 MVt gücündə "Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə "Toğanalı” KSES-in açılışını edib. Eyni zamanda, dövlətimizin başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 KSES barədə məlumat verilib.