"Qarabağ" növbəti transferini həyata keçirib. Bizim.Media xəbər verir ki, Ağdam klubu ukraynalı cinah oyunçusu Aleksey Kaşuku transfer edib. Müqavilənin müddəti hələlik məlum deyil. Qeyd edək ki, Kaşuk əvvəllər "Sabah"da çıxış edib. 24 yaşlı hücumçunun son klubu "Şaxtyor" olub. Rəşad Rafiqoğlu, Bizim.Media