Digər

Sürücülərin NƏZƏRİNƏ! Bakıda bu yol bağlanır

Sentyabrın 4-ü saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, bu, ərazidə aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır.  Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.  Bizim.Media