Digər

Naxçıvanda epizootoloji monitorinqlər keçirilib - FOTO

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na uyğun olaraq muxtar respublika ərazisində epizootoloji monitorinqlər keçirilib. Bizim.Media xəbər verir ki, monitorinq zamanı peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi ilə bağlı iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülüb.   

Bu məqsədlə 534 iribuynuzlu və 529 xırdabuynuzlu heyvandan qan nümunələri götürülüb, həmçinin təsərrüfatlar üzrə ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılıb. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar respublika üzrə ümumi “Epicollect 5” proqramına daxil ediləcək. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisləri iştirak ediblər. Götürülmüş qan nümunələri müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasına göndərilib. Bizim.Media