Dünya

Venesuela hökumətinin daha bir təyyarəsi ABŞ-da SAXLANILDI

Venesuela hökumətinin ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb, təyyarənin ölkədən çıxışına qadağa qoyulub. Bizim.Media xəbər verir ki, bunu “Diario Libre” nəşri yazıb. Onun sözlərinə görə, Falcon 2000EX təyyarəsi Dominikan Respublikasının paytaxtının hava limanındadır. Təyyarə həbs edilməyib, lakin müşahidə altındadır, onun məhkəmənin qərarı olmadan yerdəyişməsi qadağandır. Qeyd edək ki, sentyabrın 2-də ABŞ səlahiyyətliləri Venesuela prezidenti Maduronun təyyarəsini Dominikan Respublikasında ələ keçirərək Floridaya aparıb. Bizim.Media