Bu mövsümdən etibarən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq MOİK klubunun yeni baş məşqçisi müəyyənləşib. Bizim.Media xəbər verir ki, hərbçilərin sükanı ispaniyalı mütəxəssis Alberto Blankoya həvalə olunub. Onunla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Alberto Blanko eyni zamanda Azərbaycan əsas və gənclər millisinin məşqçilər korpusunda da yer alır. Rəşad Rafiqoğlu, Bizim.Media