Cari ilin əvvəlindən ABŞ-da 30 kütləvi atışma olub və nəticədə 131 nəfər ölüb. Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Məlumata görə, bu atışmaların hər birində azı 4 nəfər ölüb. Kütləvi atışmalar Ayova, Alabama, Arkanzas, Havay, Corciya, Qərbi Virciniya, İllinoys, Kaliforniya, Kentukki, Missuri, Nevada, Nyu-York, Oklahoma, Pensilvaniya, Şimali Karolina, Texas və Florida ştatlarında baş verib. Ötən il ABŞ-da 42 belə hadisə qeydə alınıb, nəticədə 217 nəfər həlak olub. Xatırladaq ki, sentyabrın 4-də Corciya ştatının Uinder şəhərindəki orta məktəbdə atışma nəticəsində 4 nəfər - iki müəllim və iki şagird ölüb. Daha 9 nəfər xəstəxanaya yerləşdirilib. Bizim.Media