2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir sıra müraciətlər daxil olub. Bizim.Media xəbər verir ki, MSK tərəfindən bu gün keçirilən iclasda həmin müraciətlərə baxıb. Müraciətlər 22 saylı Nəsimi – Yasamal, 23 saylı Nəsimi - Səbael (7,8,9,10 saylı məntəqə), 15 saylı Nəsimi, 73 saylı Masallı-Cəlilabad, 78 saylı Lənkəran kənd, 94 saylı Ucar, 24 saylı Nizami birinci, 10 saylı Binəqədi üçüncü, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 72 saylı Cəlilabad kənd, 71 saylı Cəlilabad şəhər, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairələrinə daxil olan bəzi məntəqələrdə iddia olunan qanun pozuntuları ilə bağlı olub. 94 saylı Ucar, 71 saylı Cəlilabad şəhər seçki dairələrindən daxil olan müraciətlər isə müəyyən edilmiş müddəti əhatə etmədiyindən şikayətçilərə geri göndərilib. Digər müraciətlər isə baxılması üçün məntəqələrin daxil olduğu dairə seçki komissiyalarına göndərilib. Günay Şahmar, Bizim.Media