Digər

Uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət alanların SAYI

2024-cü ilin yanvar-avqust ayları ərzində 71 182 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.  Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.  Bildirilib ki, müavinət ödənişləri 33 214 nəfər qız, 37 968 nəfər oğlan uşağına görə aparılıb.  Bizim.Media