Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıb. Bizim.Media xəbər verir ki, idmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə çıxış edib. O, finişə 58.16 saniyəyə çatıb. Qeyd edək ki, final mərhələsi Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Paralimpiada sentyabrın 8-də başa çatacaq. Bizim.Media