Dünya

Arxeoloqlar II Ramzesin qılıncını tapdı (FOTO)

Misir arxeoloqları ölkənin şimalındakı Əl-Buheyra əyalətində qazıntılar zamanı firon II Ramzesin qılıncını tapıblar.  Qaynarinfo bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyinə istinadən xəbər verir. Qeyd olunur ki, Misirin arxeoloji missiyası Yeni Krallıq dövrünə aid hərbi kazarma və silah və ərzaq anbarlarından çiy ağacından hazırlanmış bir sıra memarlıq blokları aşkar edib. Həmçinin çoxlu arxeoloji tapıntılar və əsgərlərin şəxsi alətləri tapılıb. Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi Məhəmməd İsmayıl Xalid bildirib ki, tapıntı qədim zamanlarda Misir ordusunun yerləşdiyi yerlərdən biri hesab edilən Abqayn qalasının tarixi və arxeoloji əhəmiyyətini təsdiqləyir. Avqustun 26-da bildirilib ki, Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin arxeoloqları Kəfr əl-Şeyxdə eramızdan əvvəl VI əsrə aid böyük astronomik rəsədxananın binasını aşkar ediblər. Qədim Buto şəhərindəki fironlar məbədinin binaları kompleksinin bir hissəsidir. Avqustun 6-da Paleotexnika İnstitutunun fransız alimləri belə qənaətə gəliblər ki, Misirin ən qədim piramidası olan Sakkaradakı Djoser piramidasının yaradıcıları daş blokları daşımaq üçün hidravlik qaldırıcı sistemdən istifadə edə bilərdilər. Aydın