Ukraynanın paytaxtı Kiyev şəhərində partlayış olub. Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Qoloseevsk rayonunda avtomobil nəqliyyatı müəssisəsinin ərazisində baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Dağıntılar altında qalanların olduğu istisna edilmir. Xilasetmə əməliyyatları davam edir. Bizim.Media