Siyasət

Viktor Orban: Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik

İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Macarıstan hökumətinin başçısının sözlərinə görə, Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir: “Hazırda Azərbaycan strateji əhəmiyyətə malik ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, biz Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik”. Bizim.Media