Digər

RƏSMİ: “Qarabağ” Keyta ilə yollarını ayırdı

"Qarabağ" hücumçu Hamidu Keytayla yollarını ayırıb.   Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb  Bildirilib ki, 29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.  Qeyd edək ki, 2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.  Rəşad Rafiqoğlu, Bizim.Media