Dünya

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib

Ukraynaya qarşı istifadə olunması məqsədilə İranın Rusiyaya ballistik raketlər tədarükündən sonra Böyük Britaniya hökuməti bu gün İran və Rusiya barəsində yeni sanksiyalarını elan edib. Bizim.Media xəbər verir ki, bununla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Böyük Britaniya Rusiyanın bir neçə qurumuna yeni sanksiyalar tətbiq olunub. 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi, Rusiya Hərbi Kosmik Qüvvələri, Hərbi-Nəqliyyat Aviasiyasının Komandanlığı sanksiyalara məruz qalan qurumlar arasındadır. Rusiyaya məxsus beş yük gəmisi də İrandan Rusiyaya hərbi yüklərin daşınmasında oynadıqları rola görə bu gün sanksiyaya məruz qalıb. Bizim.Media