Bir neçə gün sonra Bakıda “Formula 1” üzrə növbəti yarışlar başlayır. Hər il olduğu kimi bu dəfə də yarışlara böyük maraq var. Yarışların keçiriləcəyi günlərdə paytaxta çoxlu sayda turistin gələcəyi gözlənilir. Bununla bağlı müvafiq hazırlıq tədbirləri görülür. Nəzərə alaq ki, yarışların keçiriləcəyi ərazidə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bəs, azarkeşlərin əraziyə rahat gediş gəlişi üçün hansı tədbirlər görülür? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, “Formula 1 üzrə Azərbaycan Qran Prisi” yarışları ilə əlaqədar aidiyyəti qurum tərəfində təqdim edilən nəqliyyat planı müvafiq qurumlarla razılaşdırılıb:
“Layihədə hərəkətin məhdudlaşdırılacağı yollar və hərəkət istiqamətlərinin dəyişdirilməsi, yolda hərəkətə maneə yaradan parklanma məntəqələrinin fəaliyyətinin müvəqqəti dayandırılması, eləcə də taksi nəqliyyat vasitələrinin sərnişinlərini dayanma-durmanın qadağan olunmadığı ərazilərdə düşürə və minməsi məsələləri əksini tapıb”. Surxay Atakişiyev, Bizim.Media