Siyasət
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.
Bu barədə Pravda.az-a özü məlumat verib.
"Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm...", deyə N.Cəfəroğlu bildirib.