Xaçmazın Xudat şəhərinin küçələrində yenilik var. Şəhərin asfalt döşənmiş 26 küçəsində ilk dəfə velosiped zolaqları salınır. Hazırda həmin küçələrin səkilərinə tamet döşənir. Bizim.Media-nın yerli icra hakimiyyətindən əldə etdiyi məlumata görə, velosiped zolaqlarının salınması həm də Xudat şəhərində velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin baş verməsinin qarşısını alacaq. Aytəkin Alxaslı, Bizim.Media ,Şimal bürosu