“Moskva Tehrana Zəngəzur dəhlizi ilə bağlı mövqeyini izah edib. Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”. Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, anti-Rusiya informasiya kampaniyası Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlıqda nifaq salmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edən müəyyən dairələrdən ilhamlanıb. Bizim.Media