“Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək göstərməyə hazırdır”. Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Zaxarova qeyd edib ki, hazırda 30-dan çox dövlət BRICS-lə sistemli əlaqələrin inkişafında maraqlıdır: “Biz hər bir ölkənin suveren istəyinə və bu halda Azərbaycanın BRICS ilə daha sıx qarşılıqlı əlaqələr qurmaq istəyinə hörmətlə yanaşırıq. Birlik getdikcə beynəlxalq əməkdaşlığın daha ədalətli, bərabərhüquqlu arxitekturasının formalaşması istiqamətində çox iş görür”. Onun sözlərinə görə, 2023-cü ilin avqustunda BRICS liderlərinin Yohannesburqda keçirilən görüşünün qərarları əsasında üsullar razılaşdırılır. Bizim.Media