Digər

Alıcılar qiymətlərdən razıdır, satıcılar isə narazı… - Bal Yarmarkasından VİDEOREPORTAJ

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9 sentyabr tarixində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasının keçirilməsinə başlanılıb.  Satıcılar Bizim.Media-ya alıcılıq qabiliyyətinin aşağı olduğunu deyiblər.   

Artıq 3 ildir ki, bal yarmarkasında Qarabağ məhsulları satışa çıxarılır. Satıcıların sözlərinə görə, Qarabağ ballarına tələbat daha çoxdur. Yarmarkada fərqli ballar da gözə dəyir. Ən bahalı bal Kəlbəcər rayonundandır.  Qeyd edək ki, Gənclik metrosu yaxınlığında təşkil olunan yarmarka 29 sentyabra qədər davam edəcək.  Bizim.Media-nın bal yarmarkasından hazırladığı videoreportajı təqdim edirik: Nuray, Səid Qurbanov, Bizim.Media