Siyasət

Muxtar Babayev Serbiya Prezidenti ilə görüşdü – FOTO

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayevlə görüşüb.  Bizim.Media xəbər verir ki, bu barədə Serbiya dövlət başçısı sosial şəbəkələrdəki hesabında paylaşım edib.  Məlumatda bildirilib ki, görüşdə noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq müzakirə olunub.  Bizim.Media