Peşəkar Fransa Futbol Liqasının Hüquqi Komitəsi PSJ-dən komandanın sabiq futbolçusu Killian Mbappeyə borcunu qaytarmağı tələb edib. Bizim.Media xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Paris klubunun 25 yaşlı fransalı hücumçuya 55 milyon avro məbləğində maaş borcu var. PSJ 8 il ərzində bu məbləği qaytarmalıdır. Qeyd edək ki, Killian Mbappe sabiq komandası PSJ-dən 2024-cü ilin aprel, may, iyun ayları üçün maaşını və bonuslarını tələb etmişdi. O, bu yay azad agent kimi “Real”a transfer olub. Bizim.Media