Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusuna qarşı ilkin kvalifikasiya edilmiş “MVA-BN” adlı peyvəndi təsdiqləyib. Bizim.Media xəbər verir ki, bu haqda ÜST məlumat yayıb. Bavarian Nordic tərəfindən istehsal edilən “MVA-BN” peyvəndi ÜST-nin meymunçiçəyi virusuna qarşı öncədən seçilmiş peyvənd siyahısına əlavə edildiyi bildirilib. Məlumata görə, peyvənd 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna bilər. Bizim.Media