Dünya

ABŞ Simonyanın telekanalını hərbi satınalmalarda iştirak etməkdə İTTİHAM ETDİ

ABŞ Dövlət katibi Antoni Blinken Marqarita Simonyanın baş redaktoru olduğu RT telekanalını başqa ölkələrin işlərinə qarışmaq üçün gizli əməliyyatlarda və hərbi satınalmalarda iştirak etməkdə ittiham edib. Bizim.Media xəbər verir ki, Blinken bu barədə keçirdiyi brifinqdə deyib. O, əlavə edib ki, ABŞ RT-yə qarşı ittihamlarla əlaqədar üç struktura və iki nəfərə qarşı sanksiyalar tətbiq edir.  Blinkenin sözlərinə görə, ABŞ, Böyük Britaniya və Kanada Simonyanın telekanalına qarşı diplomatik kampaniyaya başlayır və medianın hərəkətlərinə kəşfiyyat kimi baxmağa çağırır. Bizim.Media