Sentyabrda ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında görüş keçiriləcək. Bizim.Media xəbər verir ki, bunu V.Zelenski Yalta Avropa Strategiyasının XX illik görüşündə deyib. Zelenski bildirib ki, görüşdə Ukraynanın sülh planı müzakirə olunacaq: "Bu ay Prezident Baydenlə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını - bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün Ukraynaya kifayət qədər güc verəcək bir-biri ilə əlaqəli həllər sistemi təqdim edəcəyəm", - V.Zelenski bildirib. Bizim.Media