Digər

Bakıda avtobus dayanacağı zibilxanaya ÇEVRİLDİ - FOTO

Zabrat-Maştağa şossesindəki avtobus dayanacaqlarından biri zibilxanaya çevrilib.  Bizim.Media xəbər verir ki, bu barədə "Unikal"a vətəndaşlardan şikayət daxil olub. Məlumata görə, beş avtobusun dayandığı dayanacaqda zibil qutuları yerləşdirilib. İnsanlar avtobuslardan istifadə edə bilmək üçün dayanacaqda, zibil qutularının gözləməyə dayanmağa məcbur olurlar.  Bu vəziyyətin uzun müddətdir davam etdiyi bildirilir.  Bizim.Media