Azərbaycanın “Keşlə” (indiki “Şamaxı”) klubunun sabiq baş məşqçisi Yuri Maksimov Premyer Liqamıza qayıtmaqdan imtina edib. Bizim.Media “Sport Arena”ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssisə Azərbaycanın iki klubundan təklif gəlib.
Qeyd edək ki, Ukrayna millisinin sabiq futbolçusu 2017/2018 mövsümündə "Keşlə"nin baş məşqçisi kimi Azərbaycan kubokunun sahibi olub. 55 yaşlı mütəxəssis son olaraq Ukrayna Premyer Liqasında yarışan "Dnipro-1" klubunu çalışdırıb. Rəşad Rafiqoğlu, Bizim.Media