Siyasət

Parlament seçkilərinə yekun vuruldu - DEPUTATLARIN SİYAHISI

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub. Bizim.Media xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə sentyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb. MSK üzvləri daha sonra yeddinci çağırış Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxıblar. Bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Qeyd edilib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Vurğulanıb ki, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb. Qeyd edək ki, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq etməlidir. MSK-nın yekun protokoluna əsasən, seçki dairələri üzrə deputat seçilmiş şəxslər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi — Əsgərov Ziyafət Abbas oğlu 2 saylı Şərur-Kəngərli Seçki Dairəsi — Novruzov Siyavuş Dünyamalı oğlu 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi — Möhbalıyev Səttar Suliddin oğlu 4 saylı Naxçıvan şəhər Seçki Dairəsi — İbrahimov Eldar Rza oğlu 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi — Həmzəyeva Ülviyyə Tapdıq qızı 6 saylı Ordubad-Culfa Seçki Dairəsi — Rəhimzadə Vüqar Gəncəli oğlu 7 saylı Səbail Seçki Dairəsi — Arpadarai Nigar Cavid qızı 8 saylı Binəqədi birinci Seçki Dairəsi — Quliyev Azay Əjdər oğlu 9 saylı Binəqədi ikinci Seçki Dairəsi — Qafarov Kəmaləddin Nəsrəddin oğlu 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi — Musayev Elşad Nəbi oğlu 11 saylı Binəqədi-Qaradağ Seçki Dairəsi — Xasayeva Səbinə Səməd qızı 12 saylı Xəzər birinci Seçki Dairəsi — Məmmədov Soltan Teymur oğlu 13 saylı Xəzər ikinci Seçki Dairəsi — Paşayeva Gülşən Məmmədəli qızı 14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi — Əfəndiyeva Günay Elçin qızı 15 saylı Yasamal birinci Seçki Dairəsi — Quliyev Ülvi Zahid oğlu 16 saylı Yasamal ikinci Seçki Dairəsi — Qədirli Erkin Toğrul oğlu 17 saylı Yasamal üçüncü Seçki Dairəsi — Qəhrəmanov Göydəniz İbrahim oğlu 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi — Musabəyov Rasim Nəsrəddin oğlu 19 saylı Nərimanov birinci Seçki Dairəsi — Məmmədov Hikmət Baba oğlu 20 saylı Nərimanov ikinci Seçki Dairəsi — Vəliyev Samir Əhməd oğlu  21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsi — İbrahimqızı Məlahət İbrahim qızı 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsi — Mollazadə Asim Nazim oğlu 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi — Səmədzadə Ziyad Əliabbas oğlu 24 saylı Nizami birinci Seçki Dairəsi — Nurullayeva Könül Oruc qızı 25 saylı Nizami ikinci Seçki Dairəsi — Əhmədov Əli Cavad oğlu 26 saylı Sabunçu birinci Seçki Dairəsi — Mustafa Fazil Qəzənfər oğlu 27 saylı Sabunçu ikinci Seçki Dairəsi — Əlizadə Arzuxan Baxşəli oğlu 28 saylı Sabunçu üçüncü Seçki Dairəsi — Quliyev Eldar Allahyar oğlu 29 saylı Sabunçu dördüncü Seçki Dairəsi — Allahverənov Azər Kərim oğlu 30 saylı Suraxanı birinci Seçki Dairəsi — Fətəliyeva Sevinc Həbib qızı 31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu 32 saylı Suraxanı üçüncü Seçki Dairəsi — Həsənova Afət Əbil qızı 33 saylı Xətai birinci Seçki Dairəsi — Oruc Zahid Məhərrəm oğlu 34 saylı Xətai ikinci Seçki Dairəsi — Zabelin Mixail Yuryeviç (YAP) 35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı (YAP) 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi — Həsənquliyev Qüdrət Müzəffər oğlu (ƏHD) 37 saylı Qaradağ Seçki Dairəsi — Hüseynov Aydın Nəsir oğlu (YAP) 38 saylı Gəncə birinci Seçki Dairəsi — Həmzəyev Naqif Ələşrəf oğlu (YAP) 39 saylı Gəncə ikinci Seçki Dairəsi — Kərimzadə Pərvin Orxan qızı (YAP) 40 saylı Gəncə üçüncü Seçki Dairəsi — Quliyev Musa İsa oğlu (YAP) 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsi — Cəfərov Müşfiq Cəfər oğlu (YAP) 42 saylı Sumqayıt birinci Seçki Dairəsi — Hüseynova Hicran Kamran qızı (YAP) 43 saylı Sumqayıt ikinci Seçki Dairəsi — Mirkişili Tahir Famil oğlu (YAP) 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsi — Vəliyeva Mehriban Hidayət qızı (YAP) 45 saylı Sumqayıt dördüncü Seçki Dairəsi — Salmanova Səbinə Qədir qızı (bitərəf) 46 saylı Sumqayıt beşinci Seçki Dairəsi — Akimova Elnarə Şeydulla qızı (YAP) 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi — Şükürov Zaur Ramiz oğlu (bitərəf) 48 saylı Abşeron birinci Seçki Dairəsi — Məmmədova Nigar Fikrət qızı (YAP) 49 saylı Abşeron ikinci Seçki Dairəsi — Nəbiyev Rizvan Novruz oğlu (bitərəf) 50 saylı Abşeron üçüncü Seçki Dairəsi — Namazov Ramid Zakir oğlu (YAP) 51 saylı Şirvan Seçki Dairəsi — Əsədov Heydər Xanış oğlu (YAP) 52 saylı Yevlax Seçki Dairəsi — Məmmədov İlham Kazım oğlu (YAP) 69,3 % 53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsi — Hüseynli Əli Məhəmməd oğlu (YAP) 54 saylı Mingəçevir Seçki Dairəsi — Mirzəzadə Aydın Böyükkişi oğlu (YAP) 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi — Məmmədli Müşfiq Fazil oğlu (YAP) 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi — Süleymanlı Mahir Tahir oğlu (YAP) 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi — Vəliyev Ağalar İsrafil oğlu (YAP) 58 saylı Xaçmaz kənd Seçki Dairəsi — Mikayılova Sevil Əlirazi qızı (bitərəf) 59 saylı Quba Seçki Dairəsi — Məhərrəmzadə Əlibala Səttar oğlu (YAP) 60 saylı Quba - Qusar Seçki Dairəsi — Rəfailov Anatoliy Xaimoviç oğlu (bitərəf) 61 saylı Qusar Seçki Dairəsi — Badamov Azər Camal oğlu (YAP) 62 saylı Kürdəmir Seçki Dairəsi — Ağazadə Əminə Həmid qızı (bitərəf) 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi — Hüseynov Rəfael Baba oğlu (VHP) 64 saylı Salyan Seçki Dairəsi — Qurbanov Sadiq Haqverdi oğlu (YAP) 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi — Ağamalı Günay Fəzail qızı (Ana Vətən Partiyası) 66 saylı Saatlı Seçki Dairəsi — Ələkbərov Əziz Yusif oğlu (YAP) 67 saylı Sabirabad Seçki Dairəsi — Əmiraslanov Əhliman Tapdıq oğlu (YAP) 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi — Cəfərov Kamal Xəqani oğlu (YAP) 69 saylı Biləsuvar Seçki Dairəsi — Məhərrəmov Bəhruz Əbdürrəhman oğlu (bitərəf) 70 saylı Neftçala Seçki Dairəsi — Rüstəmxanlı Tənzilə Yolçu qızı (VHP) 71 saylı Cəlilabad şəhər Seçki Dairəsi — Həsənov Malik Əvəz oğlu (YAP) 72 saylı Cəlilabad kənd Seçki Dairəsi — Nəsirov Elman Xudam oğlu (YAP) 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsi — İbrahimli Fəzail Feyruz oğlu (VHP) 74 saylı Masallı Seçki Dairəsi — Məmmədov Məşhur Şahbaz oğlu (YAP) 75 saylı Yardımlı-Masallı Seçki Dairəsi — Qasımlı Musa Cəfər oğlu (bitərəf)  76 saylı Lənkəran-Masallı Seçki Dairəsi — Paşazadə Cavanşir Himmət oğlu (YAP) 77 saylı Lənkəran şəhər Seçki Dairəsi — İsmayılzadə Fariz Akif oğlu (bitərəf) 78 saylı Lənkəran kənd Seçki Dairəsi — İskəndərov Anar Camal oğlu (YAP) 79 saylı Astara Seçki Dairəsi — Mahmudov Rəşad Məmmədqulu oğlu (YAP) 80 saylı Lerik-Astara Seçki Dairəsi — Qafarov Vasif Vaqif oğlu (bitərəf) 81 saylı İmişli Seçki Dairəsi — Nurullayev Razi Qulaməli oğlu (MCP) 82 saylı İmişli-Saatlı Seçki Dairəsi — Salahlı Səyyad Adil oğlu (YAP) 83 saylı Beyləqan Seçki Dairəsi — İsmayılov Şahin Əmir oğlu (YAP) 84 saylı Füzuli Seçki Dairəsi — Bayramov Vüqar İbad oğlu (bitərəf) 85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsi — Abbasov Aqil Məhəmməd oğlu (bitərəf) 86 saylı Ağcabədi Seçki Dairəsi — Rzayev Tahir Musa oğlu (YAP) 87 saylı Qobustan-Şamaxı-İsmayıllı Seçki Dairəsi — Seyidzadə Şahin Kamil oğlu (bitərəf) 88 saylı Şamaxı Seçki Dairəsi — Cəfərova Tamam Şaməmməd qızı (bitərəf) 89 saylı İsmayıllı Seçki Dairəsi — Aslanov Novruzəli Davud oğlu (bitərəf) 90 saylı Ağsu Seçki Dairəsi — Mirzəbəyli Elçin Əbdülrəhim oğlu (ƏHD) 91 saylı Göyçay Seçki Dairəsi — Hacıyev Sabir Kamil oğlu (bitərəf) 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsi — Əfəndiyev Məzahir Cavid oğlu (bitərəf) 93 saylı Ağdaş Seçki Dairəsi — Alıyev Sahib Eyvaz oğlu (bitərəf) 94 saylı Ucar Seçki Dairəsi — Həsən Ramil Sahib oğlu (YAP) 95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi — Əliyeva Jalə Fazil qızı (bitərəf) 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi — Bədəlov Bədəl Şamil oğlu (YAP) 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi — Məmmədov Anar İlyas oğlu (YAP) 98 saylı Bərdə-Tərtər Seçki Dairəsi — Fətiyev Xanlar Nuru oğlu (YAP) 99 saylı Bərdə Seçki Dairəsi — Yıldırım Fatma Vidadi qızı (YAP) 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi — Bayramov Kamran Fərhad oğlu (YAP) 101 saylı Samux-Şəmkir Seçki Dairəsi — Qurbanlı Mübariz Qəhrəman oğlu (YAP) 102 saylı Şəmkir şəhər Seçki Dairəsi — Qafarova Sahibə Əli qızı (YAP) 103 saylı Şəmkir kənd Seçki Dairəsi — Həsənov Nurlan Urfan oğlu (YAP) 104 saylı Gədəbəy Seçki Dairəsi — Hüseynova Sevinc Əmirəhməd qızı (YAP) 105 saylı Tovuz-Gədəbəy Seçki Dairəsi — Nağıyev Arzu Nəsib oğlu (bitərəf) 106 saylı Tovuz Seçki Dairəsi — Səfərov Nizami Abdulla oğlu (YAP) 107 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi — Ağayeva Ülviyyə Cavanşir qızı 108 saylı Ağstafa Seçki Dairəsi — Əmiraslanov Azər Kamal oğlu (bitərəf) 109 saylı Qazax Seçki Dairəsi — Seyidov Səməd İsmayıl oğlu (YAP) 110 saylı Balakən Seçki Dairəsi — Məhəməliyev Nəsib Məhəməli oğlu (YAP) 111 saylı Zaqatala-Balakən Seçki Dairəsi — Kərimli Azər Şəmşid oğlu (bitərəf) 112 saylı Zaqatala Seçki Dairəsi — Əsgərov Asif Yunis oğlu (YAP) 113 saylı Qax-Şəki Seçki Dairəsi — Məsimli Əli Əhməd oğlu (bitərəf) 114 saylı Şəki şəhər Seçki Dairəsi — İskəndərov Vüqar Yapon oğlu (YAP) 115 saylı Şəki kənd Seçki Dairəsi — Feyziyev Cavanşir Əyyub oğlu 116 saylı Qəbələ Seçki Dairəsi — Musayev Elşən Məmmədhənifə oğlu 117 saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi — Qurbanov Eyvaz Daşdəmir oğlu (YAP) 118 saylı Ağdam-Xocalı Seçki Dairəsi — Məmmədov Elman Camal oğlu (YAP) 119 saylı Ağdam Seçki Dairəsi — Əliyev Bəxtiyar Həmzə oğlu (bitərəf) 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi — Məmmədov Ceyhun Valeh oğlu (YAP) 121 saylı Laçın Seçki Dairəsi — Muradov Rövşən Şahbaz oğlu (YAP) 122 saylı Xankəndi Seçki Dairəsi — Gəncəliyev Tural Babaşah oğlu (bitərəf) 123 saylı Kəlbəcər Seçki Dairəsi — Qasımlı Mircəlil Xəqani oğlu (bitərəf) 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi — Bülbüloğlu Polad Murtuza oğlu (bitərəf) 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi — İsmayılov İmamverdi İbiş oğlu (YAP) Bizim.Media