ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Kamala Harrisi ölkəni Rusiya ilə müharibəyə aparmaqda ittiham edib. Bizim.Media Sputnik agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Las-Veqasda çıxışı zamanı bildirib. Tramp deyib ki, seçicilər Harrisə səs verməklə Rusiya ilə hərbi münaqişəyə səs verirlər. “Rusiya ilə müharibə istəyən varmı? Bunun baş verməsinə imkan verməmək məsləhətdir” - Tramp bildirib. Onun sözlərinə görə, Harris ABŞ əsgərlərini “baş verməməli olan” münaqişədə iştirak etmək üçün göndərməyi planlaşdırır. Bizim.Media