Dünya
Rusiyalı uşaqların bu ölkələrə övladlığa verilməsi qadağan ediləcək
Nazirlər Kabineti cinsiyyətinin dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşları tərəfindən Rusiya Federasiyasından uşaqların övladlığa götürülməsini qadağan edən qanun layihəsini dəstəkləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyasının təsdiq etdiyi icmal layihəsinə istinadən yazır.
Sənəddə deyilir: "Rusiya Federasiyası Hökuməti qanun layihəsini Dövlət Dumasının ikinci oxunuşda baxılmasına hazırlaşarkən qeyd edilən şərh nəzərə alınmaqla düzəlişlər edilməsi şərti ilə dəstəkləyir”.
Alpər