Latviya hökuməti Ukraynaya 40 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırıb. Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, yeni yardım paketinə 9 ədəd CVR(T) zirehli döyüş maşını, pilotsuz uçuş aparatları, əsgərlər və istehkamçılar üçün fərdi avadanlıqlar daxil edilib. Qeyd edək ki, daha əvvəl Latviya dron koalisiyasının tərkibində Ukraynaya 500 pilotsuz təyyarə tədarük etmişdi. Bizim.Media