İsrail Hərbi Hava Qüvvələri “Hizbullah” qruplaşmasının Livanın cənubunda yerləşən hərbi obyektlərinə zərbələr endirib. Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, zərbələrin hədəfi “Hizbullah” silahlı birləşmələrinin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən silah anbarları olub. Zərbələr Livanın cənubundakı Blida, Kfar Şuba, Teyr Harfa və Əl-Edeyse yaşayış məntəqələri yaxınlığına endirilib. Bizim.Media