Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Sevindik Hətəmov 4 mart 2016-cı ildən bəri Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. Bizim.Media