Dünya

Netanyahu Livandakı partlayışla bağlı təcili iclas KEÇİRİR

İsrail hökuməti Livanda "Hizbullah"ın istifadə etdiyi peycerin partlaması ilə bağlı təcili iclas keçirir. Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin baş naziri Benyamin Netenyahunun rəhbərliyi ilə keçirilən iclasda İsrailin müdafiə naziri Yolav Qant və digər vəzifəli şəxslər iştirak edirlər. Partlayışda İsrail tərəfinin əli olduğu iddia edilir. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər həlak olub, 1500  insan yaralanıb. Partlayış nəticəsində Hizbullah lideri Vafiq Səfanın iki oğlu və İran səfiri Müctəba Əmani də xəsarət alıb. Bizim.Media