Dünya

Livanda partlayış qurbanlarının sayı DURMADAN ARTIR - Ölkədə mobil şəbəkələr çöküb

Livanda Hizbullah-a məxsus peycerin partlaması nəticəsində ən azı 8 nəfər ölüb, 2800 nəfər yaralanıb.   Bizim.Media xəbər verir ki, bu barədə Livanın Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad keçirdiyi brifinq zamanı bildirib.  

O qeyd edib ki, Beyrut, Nəbatiyyə, Səidə və Tire xəstəxanaları İsrailin genişmiqyaslı təxribatı nəticəsində baş verən partlayışın qurbanları ilə doludur. Həmçinin bütün Livanda mobil şəbəkələrin işində və GPS sistemlərində fasilələr olduğu barədə məlumatlar var. Bizim.Media