Dünya

Şoyqu İranda Zəngəzur dəhlizini MÜZAKİRƏ EDİB

İranda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb. Bizim.Media xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, danışıqlar zamanı İran Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib. Tərəflər Zəngəzur dəhlizinin açılması prosesini də müzakirə ediblər. Bizim.Media