BMT Livanda peycerlərin partladılmasından son dərəcə narahatdır. Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirib.
“Bu hadisə son dərəcə narahatedicidir. Biz, şübhəsiz ki, mülki əhalinin itkisini pisləyirik”, - o, brifinqdə deyib. S. Düjarrikin sözlərinə görə, insident Livan və Yaxın Şərq regionunda eskalasiya riskini artıra bilər. Bizim.Media