“COP29-un sadəcə noyabrın 11-dən 22-dək keçiriləcək tədbir kimi qəbul olunmasını istəmirəm, çünki bu, böyük danışıqlar prosesidir”. Bizim.Media xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində bildirib.
“Bu, böyük bir danışıqlar prosesidir. Bütün kateqoriyalar, bütün ölkələr, bütün beynəlxalq təşkilatlar, bütün beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyətləri və s. qurum və təşkilatların iştirakı üçün böyük bir platforma yaradılıb”, – nazir əlavə edib. Bizim.Media