NATO bir neçə ay ərzində Əmmanda Yaxın Şərq ölkələri ilə kommunikasiya üçün səfirlik modeli əsasında fəaliyyət göstərəcək büro açacaq. Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “The National” qəzetinə müsahibəsində məlumat verib. “Bu səfirlik bizə siyasi məlumat toplamaq, insanlarla danışmaq və vəziyyətin necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edəcək. Hətta bəzi cənublu tərəfdaşların istəyi olarsa, başqa ölkələrdə də iştirak etmək mümkün olacaq”, - Kolomina qeyd edib. Bizim.Media