Ukraynada dövlət qulluqçularına və hərbi qulluqçulara xidməti cihazlarda “Telegram”dan istifadə etmək qadağan edilib. Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzi qərar verib. “Təhdidləri minimuma endirmək üçün dövlət qulluqçularının, hərbi qulluqçuların, təhlükəsizlik və müdafiə sektoru işçilərinin, habelə mühüm infrastrukturu olan müəssisələrin rəsmi cihazlarında “Telegram”ın istifadəsinin qadağan edilməsi barədə qərar qəbul edilib”, - məlumatda deyilir. Bizim.Media