Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində dəstəkləməsi ilə bağlı sözlərini zarafat adlandırıb. Bizim.Media xəbər verir ki, Rusiya XİN rəhbəri bu barədə “Sky News Arabia”ya müsahibəsində bildirib. “Prezident zarafat etdi. Onun yaxşı yumor hissi var. O, çıxışları və müsahibələri zamanı tez-tez zarafatlar edir”, - Lavrov qeyd edib. Bizim.Media