Siyasət
Livandakı səfirlimizə təxliyə ilə bağlı müraciət olmayıb - XİN-dən açıqlama
Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 3 avqust tarixində səyahət xəbərdarlığı verilib.
"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşımasına qadağan edilib.