Siyasət

İran parlamentindəki gizli simvolun SİRRİ – FOTO

Sosial şəbəkələrdə yayılan bir foto ciddi müzakirələrə yol açıb. Belə ki, yayılan fotoda İran parlamentinin iclas zalında mason simvolu yer alıb. Təbii ki, bu foto insanlar arasında müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, simvolların müəyyən psixoloji və ideoloji rolu var: “İslam dininin öz simvolları var. Amma bəzi müsəlman ölkələrində xarici təsirlər nəticəsində İslam əlamətlərinin əvəzinə masonluğu, satanizmi təmsil edən simvollar özünü göstərir. Səudiyyə Ərəbistanında Məkkədə, Kəbənin tam başının üstündə uca saat qülləsinin zirvəsindəki ucları göyə tərəf olan buynuzları da satanizmdəki şeytan heykəlin buynuzları kimi xarakterizə edənlər var.  İslam aləmində adətən Ay ulduz formasında əlamətlər məscidlərin, bayraqların üstündə Ayın ucları göyə deyil, yana baxan şəkildə təmsil olunur. Amma nədənsə Məkkədə bu fərqlidir. O cümlədən İran parlamentinin binasında tribunanın arxası həmin şeytan heykəlini təcəssüm etdirir. Bu simvollar da masonluğun rəmzidir. Adı çəkilən hər iki ölkənin Qərbin dərin dairələri tərəfindən təsis olunduğu haqda da mülahizələr var. Lakin fakt budur ki, həmin işarələr İslamı təmsil etmir”. Surxay Atakişiyev, Bizim.Media