BMT-nin Ali Komissarlığı Livandakı partlayışları müharibə cinayəti adlandırıb. Bizim.Media xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker bildirib. “Mən bir daha bu partlayışların şərtləri ilə bağlı müstəqil, hərtərəfli və şəffaf araşdırmaya çağırıram. Bu hücumları sifariş edən və həyata keçirənlər mülki əhali arasında terroru yaymaq məqsədi ilə zorakılıq törətmək üçün məsuliyyət daşımalıdırlar”, - Volker Türk vurğulayıb. Bizim.Media