Dünya

Tramp: “Ailəm üçün narahat olmağa başlamışam”

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp etiraf edib ki, iki sui-qəsddən sonra ailə üzvlərinin təhlükəsizliyindən narahat olmağa başlayıb. Bizim.Media xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.  

Trampın sözlərinə görə, o, adətən belə mövzulardan danışmır. “Amma bəli, ailəm üçün narahat olmağa başlamışam”, - Tramp vuğulayıb. Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o qulağından yaralanmışdı. Bu ayın 15-də də keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub. Bizim.Media