Vətəndaşların mülkiyyət hüquqlarını mütəmadi olaraq kobud şəkildə pozması ilə gündəmə gələn “Pilot-16” MMC ilə sakinlər arasında problemlər davam edir. Bu dəfə “Pilot-16” MMC-nin “Eleven Park” yaşayış kompleksinin tikintisini apardığı Novruzov qardaşları küçəsində vətəndaş şirkətə məxsus ekskavatoru yandırmaq məcburiyyətində qalıb. Bizim.Media “editor.az”a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Vətəndaşın bu addım atmasına səbəb isə şirkətin gecənin gec saatlarında heç bir xəbərdarlıq etmədən və insanların faktiki yaşadığı evi qəsdən dağıtmağa çalışması olub. Vətəndaş şirkətin uzun müddətdir davam edən özbaşınalıqlarına dözməyərək evini dağıtmaq istəyən ekskavatoru yandırıb.
Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyev olsa da, mediada faktiki sahibinin keçmiş oliqarx deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov olduğu iddia olunur. Bizim.Media